525.Az

Azərbaycanda ictimai iaşə dövriyyəsi 14 % artıb


 

Azərbaycanda ictimai iaşə dövriyyəsi 14 % artıb<b style="color:red"></b>

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin ümumi dəyəri 1 milyard 751 milyon manat olub.

525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14 % çoxdur.

8 ayda özəl sektorda ictimai iaşə dövriyyəsinin 51 %-i hüquqi şəxslərin, 49 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hesabat dövründə hüquqi şəxslər üzrə dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 % artaraq 886 milyon manat olub.

 





12.09.2025    çap et  çap et