525.Az

"Daha aqressiv kollektiv görmək istəyirik" - Adil Şükürov


 

"Daha aqressiv kollektiv görmək istəyirik" -  <b style="color:red">Adil Şükürov</b>

"Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 4-cü turunda "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib. 

525.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

"Düşünürəm ki, əvvəlki oyunlarla müqayisədə daha aqressiv futbol nümayiş etdirdik. Sadəcə oyun ərzində buraxdığımız ən böyük səhv qolla nəticələndi. Təbii ki, xoş deyil. İstəyirik ki, komandanı daha da toparlayaq və əvvəlki oyunlara nisbətən daha aqressiv, daha istəkli kollektiv görək. Bunun üzərində çalışacağıq".

Mütəxəssis "Kəpəz"in tez-tez baş məşqçi dəyişməsi məsələsinə də toxunub: "Biz “Kəpəz”də oynayanda da belə hallar olub. Hər dəfə komandaya yeni futbolçular cəlb olunur. Onların bir-birinə uyğunlaşması vaxt tələb edir. Növbəti turlarda qarşımıza qoyulan məqsədə çatmağa çalışacağıq".

 





12.09.2025    çap et  çap et