525.Az

NATO "Şərq gözətçisi" əməliyyatına başlayır


 

NATO "Şərq gözətçisi" əməliyyatına başlayır<b style="color:red"></b>

 

“NATO Avropanın şərq cinahının müdafiəsini gücləndirmək üçün "Şərq gözətçisi" əməliyyatına başlayır”.

525.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Brüsseldə Alyansın Avropadakı Müttəfiq Qüvvələrinin Baş komandanı, general Aleksus Qrinkeviçlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu qərar sentyabrın 10-da Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanını pozmasına cavab olaraq qəbul edilib.

"Bu, ehtiyatsızlıqdır və qəbuledilməzdir. Biz Rusiya pilotsuz təyyarələrinin müttəfiqlərin hava məkanına daxil olmasına icazə verə bilmərik", - Rutte deyib.

Əlavə edib ki, bu gecə başlayacaq əməliyyat hava və quru bazaları da daxil olmaqla, bir sıra resursları əhatə edəcək. Müttəfiqlər, o cümlədən Danimarka, Fransa, Britaniya və Almaniya artıq missiyada iştirak edəcəklər, digərləri də qoşulmağı planlaşdırır.

Aleksus Qrinkeviç isə deyib ki, NATO Alyansın hər qarış ərazisini müdafiə edəcək.

Pərvanə Sultanova

 





12.09.2025    çap et  çap et