525.Az

Azərbaycanda kərə yağı ehtiyatı 4 dəfə artıb


 

Azərbaycanda kərə yağı ehtiyatı 4 dəfə artıb<b style="color:red"></b>

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17 min 886,4 ton kərə yağı istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 7,8 % azdır.

Sentyabrın 1-nə ölkədə 202 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 3,9 dəfə çoxdur.

 Hesabat dövründə Azərbaycanda 3 milyard 408,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,8 % çoxdur.

 





13.09.2025    çap et  çap et