525.Az

Türkiyə millisi finalda uduzdu - Avropa çempionatı


 

Türkiyə millisi finalda uduzdu - <b style="color:red"> Avropa çempionatı</b>

Türkiyənin kişilərdən ibarət basketbol millisi Avropa çempionatında ikinci yeri tutub.

525.az xəbər verir ki, “ay-ulduzlular” qitə birinciliyinin finalında Almaniyaya uduzub.

Riqada baş tutan həlledici görüş Türkiyə millisinin 83:88 hesablı məğlubiyyəti ilə başa çatıb. Bununla da qardaş ölkənin yığması Avropa ikincisi olub.

Qitə birinciliyində üçüncü yeri isə Yunanıstan yığması tutub. Yunanlar bürünc medal uğrunda görüşdə

Finlandiyanı məğlub edib  - 92:89.

İbrahim Cəfərov

 





15.09.2025    çap et  çap et