525.Az

Argentinada təyyarə qəzası


 

Argentinada təyyarə qəzası<b style="color:red"></b>

Kordoba vilayətində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə şənbə günü "Bel-Vil" aerodoromunun ərazisində keçirilən tədbir zamanı yaşanıb.

Yüksək pilotaj nümayiş etdirməyə çalışan pilotlar idarəetməni itiriblər və təyyarə uçuş-eniş zolağına çırpılıb.

Qəzadan sonra təyyarə alışıb, hər 2 pilot həlak olub.

Qeyd edək ki, qəzanın pilotların səhvindən və ya texniki problemlər üzündən baş verməsi araşdırılır.

L.Tağıyeva

 





15.09.2025    çap et  çap et