525.Az

“Qəzzada öldürülən fələstinlilərin real sayı rəsmi rəqəmlərdən 10 dəfə çoxdur” - BMT


 

“Qəzzada öldürülən fələstinlilərin real sayı rəsmi rəqəmlərdən 10 dəfə çoxdur” - <b style="color:red"> BMT</b>

“İsrailin tərəfindən Qəzzada öldürülən fələstinlilərin real sayı rəsmi olaraq göstərilən 65 min nəfərdən 10 dəfə çoxdur və ən azı 680 min nəfərdir”.

525.az xəbər verir ki, bunu BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albaneze deyib.

“65 min Qəzzada öldürülən fələstinlilərin sayıdır ki, onların da 75%-dən çoxu qadın və uşaqlardır. Əslində, biz 680 min  rəqəmi üzərində düşünməliyik, çünki bu, bəzi elm adamları və tədqiqatçıların Qəzzada real ölənlərin sayı olduğuna inandıqları rəqəmdir", -  rəsmi əlavə edib.

Albaneze söyləyib ki, xüsusən də müstəntiqlərin və digər şəxslərin Fələstin ərazisinə giriş qadağan edilsə, bu rəqəmi sübut etmək və ya təkzib etmək çətin olacaq: “Əgər bu rəqəm təsdiqini taparsa, onların 380 mini beş yaşına qədər olan uşaqlar olacaq”.

Pərvanə Sultanova

 





15.09.2025    çap et  çap et