525.Az

İsrailin Baş naziri iqtisadi təcrid barədə xəbərdarlıq edib


 

İsrailin Baş naziri iqtisadi təcrid barədə xəbərdarlıq edib<b style="color:red"></b>

“İsrail artan beynəlxalq təzyiqlər altında təcrid olunmağa hazırlaşmalıdır. Ölkə, eyni zamanda  iqtisadiyyatda maksimum özünü təmin etmək rejiminə keçmək məcburiyyətində qala bilər”.

525.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

O deyib ki, İsrail hazırda beynəlxalq arenada yeni və mürəkkəb diplomatik reallıqla üzləşir: 

“Mən sərbəst bazara inanıram və İsraili bazar inqilabına aparmağa çalışmışam. Amma biz özümüzü müdafiə sənayemizin bloklandığı bir vəziyyətdə tapa bilərik. Biz yerli müdafiə sənayesini inkişaf etdirməli olacağıq”.

Onun sözlərinə görə, hazırkı vəziyyətin səbəblərindən biri də Qərbi Avropada müsəlman azlıqların Fələstin-İsrail münaqişəsi ilə bağlı hökumətlərinə təzyiq göstərmələridir.

Baş nazir əlavə edib ki, İsrail öz daxili imkanlarına arxalanaraq və qədim Yunanıstan şəhər dövlətləri Afina və Spartadan nümunə götürməklə, mövcud problemlərin öhdəsindən gələ bilər:

"Afinaya və super Spartaya çevrilməli olacağıq. Başqa seçimimiz yoxdur. Ən azından yaxın illərdə bu təcrid cəhdləri ilə qarşılaşmalı olacağıq. İndiyə qədər işləyənlər daha işə yaramayacaq”.

Pərvanə Sultanova

 





15.09.2025    çap et  çap et