525.Az

Argentina üzərindən meteor keçdi


 

Argentina üzərindən meteor keçdi<b style="color:red"></b>

Srağagün General Aça şəhəri üzərindən, 22,8 km yüksəklikdən meteor keçib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, meteor gündüz saatlarında Yer atmosferinə daxil olub və qısa zamanda oranı tərk edib.

Ardınca gözlə aydın şəkildə görünən iz qoyub. Bu iz yaxınlıqda yerləşən digər yaşayış məntəqələrinin sakinləri tərəfindən də görülüb.

Qeyd edək ki, meteorit atmosferə daxil olan zaman güclü partlayış səsi eşidilib. NASA mütəxəssislərinin hesablamalarına görə, göy cisminin bu zaman buraxdığı enerji 0,38 kiloton trotil ekvivalentində olub.

L.Tağıyeva

 





15.09.2025    çap et  çap et