Azərbaycan hökuməti 2026-cı il üçün əsas kapitala kapital qoyuluşlarının 6,9 % səviyyəsində artacağını proqnozlaşdırır.
525.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında qeyd olunub.
Proqnozlara görə, 2026-2029-cu illərdə Azərbaycan iqtisadiyyatına kapital qoyuluşlarının orta illik artımı 3,9 % təşkil edəcək.
Xatırladaq ki, statistik məlumatlara əsasən, 2025-ci ilin yanvar-avqust aylarında iqtisadiyyata kapital qoyuluşlarının nominal həcmi 11 milyard 374,5 milyon manat təşkil edib. Kapital qoyuluşlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % azalıb.
çap et