525.Az

“İsrail daha Qətərə zərbə endirməyəcək” - Tramp


 

“İsrail daha Qətərə zərbə endirməyəcək” - <b style="color:red"> Tramp</b>

ABŞ prezidenti Donald Tramp İsrailin Qətərə endirdiyi hava zərbələrindən danışıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Oval kabinetdə jurnalistlərin suallarını cavablandıran Tramp Qətərin çox yaxşı müttəfiq olduğunu bildirib.

O, əlavə edib ki, İsrail bir daha Qətərə hücum etməyəcək.

Xatırladaq ki, sentyabrın 9-da İsrail ordusu Dohada HƏMAS danışıqlar qrupunun yerləşdiyi binaya döyüş təyyarəsi ilə hücum edib.

HƏMAS-ın rəhbərliyi hücumdan sağ çıxsa da, hücum nəticəsində altı nəfər həlak olub.

İbrahim Cəfərov

 





16.09.2025    çap et  çap et