İstanbul Baş Prokurorluğu Bayrampaşa Bələdiyyəsi ilə bağlı “qəsb”, “rüşvət alma”, “ağır fırıldaqçılıq” və “tenderi saxtalaşdırma” maddələri ilə ittiham irəli sürərək istintaqa başlayıb.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul polisinin keçirdiyi əməliyyatda bələdiyyə sədri Həsən Mutlu da daxil olmaqla 48 nəfər şübhəli qismində saxlanılıb.
Saxlanılanların işi məhkəməyə göndərilib.
İsgəndər Həsənov
çap et