ABŞ prezidenti Donald Tramp onun haqqında yalan xəbərlər hazırladıqları və qarayaxma kampaniyası apardıqlarına görə “New York Times” qəzetini məhkəməyə verir.
525.az xəbər verir ki, bu barədə ABŞ lideri özü bildirib. O qeyd edib ki, “New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq iddia qaldıracaq.
“New York Times”ın mənə çox uzun müddətdir böhtan atmasına və qarayaxmasına icazə verilib, amma artıq bitdi!”, - deyə Tramp “Truth Social” media platformasındakı paylaşımında yazıb.
Xatırladaq ki, “New York Times” Trampın qızlar üçün fahişəlik şəbəkəsi idarə etdiyi iddiası ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə əlaqəsi olduğunu iddia edən xəbərlər dərc edib.
İbrahim Cəfərov
çap et