525.Az

Daha bir ölkə Fələstin dövlətini tanıyacaq


 

Daha bir ölkə Fələstin dövlətini tanıyacaq<b style="color:red"></b>

Portuqaliya Fələstin dövlətini rəsmən tanıyacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Londonda mətbuata açıqlamasında bildirib.

“Hələ ki, Fələstin Dövlətinin tanınması üçün heç bir maneə olmayıb. Proses davam edir və gələn həftə hadisələrin inkişafına şahidlik edəcəyik”, - deyə Rangel bildirib.

O, əlavə edib ki, Portuqaliya parlamentindəki siyasi qruplarla görüşlərini tamamlayıb, lakin Baş nazir Luis Monteneqro və prezident Marselo Rebelo de Sousa ilə daha bir görüş keçirəcək.

Rangel həmçinin bildirib ki, Portuqaliya Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında İsrailin Qətərdə HƏMAS üzvlərinə hücumunu pisləyən qətnamə təqdim edəcək.

Xatırladaq ki, 1988-ci il noyabrın 15-də müstəqillik əldə etdikdən sonra İsrailin işğal etdiyi Fələstin Dövləti BMT-yə üzv olan 193 ölkədən 147-si tərəfindən tanınıb. Tezliklə Portuqaliya ilə yanaşı, Fransa, Böyük Britaniya, Kanada və Maltanın da Fələstin Dövlətini tanıması gözlənilir.

İsgəndər Həsənov

 

 





16.09.2025    çap et  çap et