525.Az

Nigeriyada məscidə hücum - 40-dan çox adam qaçırılıb


 

Nigeriyada məscidə hücum - <b style="color:red"> 40-dan çox adam qaçırılıb</b>

Nigeriyanın Zamfara əyalətinin Turbi kəndində silahlı şəxslər səhər namazı üçün məscidə toplaşan insanlara hücum ediblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum edənlər 40-dan çox insanı qaçıraraq meşəyə aparıblar. Zamfara polisinin sözçüsü Yezid Əbubəkar hücumla bağlı açıqlama verərək, təhlükəsizlik qüvvələrinin bölgəyə yerləşdirildiyini və xilasetmə işlərinə başlanıldığını bildirib.

Xatırladaq ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan “Boko Haram” və ISWAP terror təşkilatlarının hücumlarına məruz qalıb.

Ölüm cəzasına baxmayaraq, pul müqabilində adam oğurluğu da ölkədə tez-tez baş verir. Silahlı şəxslər və dəstə üzvləri adətən ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alaraq pul tələb edirlər.

İsgəndər Həsənov

 





16.09.2025    çap et  çap et