525.Az

"Qarabağ" UEFA Gənclər Liqasında Portuqaliya klubuna böyük hesabla məğlub olub


 

"Qarabağ" UEFA Gənclər Liqasında Portuqaliya klubuna böyük hesabla məğlub olub<b style="color:red"></b>

"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında səfərdə Portuqaliyanın "Benfika" klubuna böyük hesabla məğlub olub.

525.az xəbər verir ki, Lissabonda baş tutan görüşdə Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 1:7 hesabı ilə uduzub.

Ağdam klubu yeganə qolunu Əli Qazıbəyov 85-ci dəqiqədə rəqib qapısından keçirib.

Qeyd edək ki, U-19 oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi "Kopengahen"lə qarşılaşacaq.

 





16.09.2025    çap et  çap et