525.Az

Hollivud əfsanəsi vəfat edib


 

Hollivud əfsanəsi vəfat edib<b style="color:red"></b>

Amerikalı aktyor, kinorejissor və prodüser Robert Redford 89 yaşında vəfat edib.

525.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, o, Yuta ştatında Sandansdakı evində yaxınlarının əhatəsində vəfat edib. Ölümün səbəbi açıqlanmayıb.

1960-cı illərdə ulduza çevrilən Redford həm aktyor, həm rejissor kimi nüfuzlu beynəlxalq mükafatlara, eyni zamanda, bir neçə dəfə Oskar mükafatına layiq görülüb.

Pərvanə Sultanova

 





16.09.2025    çap et  çap et