525.Az

İsrail Yəmənin Hudeyda şəhərinə zərbələr endirib


 

İsrail Yəmənin Hudeyda şəhərinə <b style="color:red"> zərbələr endirib</b>

İsrail Yəmənin Qırmızı dəniz sahilində yerləşən Hudeyda şəhərinə zərbələr endirib.

525.az xəbər verir ki, bu barədə “Al Masirah” kanalı məlumat yayıb.

Yəmənin "Ənsar Allah"  üsyançı hərəkatının hərbi sözçüsü Yəhya Sariya bildirib ki, husilərin hava hücumundan müdafiə qüvvələri İsrail təyyarələrinin hücumunu dəf edir.

“Əl-Ərəbiyyə” telekanalı isə Hudeyda şəhərində güclü partlayış səsləri eşidildiyi barədə xəbər yayıb.

İlkin məlumata görə, İsrail aviasiyası liman ərazisinə 12 zərbə endirib.

Pərvanə Sultanova

 





16.09.2025    çap et  çap et