525.Az

Bolqarıstan Rusiyaya nota verib


 

Bolqarıstan Rusiyaya <b style="color:red"> nota verib</b>

Bolqarıstan Xarici İşlər Nazirliyi sentyabrın 10-da hərbi pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanını pozması ilə bağlı Rusiyaya nota verib.

525.az-ın məlumatına görə, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə baş direktoru Qerqana Karadjova Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanovaya nota təqdim edib.

Notada Polşanın Bolqarıstanın NATO müttəfiqi və Avropa İttifaqı (Aİ) tərəfdaşı olduğu xatırladılıb.

Bəyanatda qeyd olunub ki, Karadjova səfir Mitrofanova Bolqarıstan Respublikasının Polşanın hava məkanının qəsdən pozulmasını ən sərt şəkildə pislədiyini və onun müttəfiqi və tərəfdaşı ilə mütləq həmrəyliyini çatdırıb.

Həmçinin vurğulanıb ki, Bolqarıstan Rusiyanın məsuliyyətsiz hərəkətlərini Avropa vətəndaşlarının təhlükəsizliyinə, regional sabitliyə və beynəlxalq sülhə təhdid hesab edir:

“Rusiyanın bu təxribatı təcrid olunmuş insident deyil, bu, 2022-ci ildən bəri Aİ və NATO-ya üzv ölkələrin hava məkanının qəbuledilməz pozuntularının bir hissəsidir və Rusiyanın gərginliyi azaltmaq arzusundan çox, eskalasiya kampaniyası apardığını nümayiş etdirir”.

O da vurğulanıb ki, Bolqarıstan Rusiyanın Ukraynaya hücumlarını və Avropa ölkələrinə qarşı təhlükəli təxribatlarını dərhal dayandırmaqda israrlıdır. O, həmçinin Rusiyanı davamlı və ədalətli sülhün bərqərar olması istiqamətində ilk addım kimi hərbi əməliyyatları dayandırmaq üçün mənalı danışıqlara ciddi şəkildə qoşulmağa çağırıb.

İsgəndər Həsənov

 





16.09.2025    çap et  çap et