525.Az

Çexiyanın Ukrayna üçün sursatla bağlı təşəbbüsü ləğv edilə bilər


 

Çexiyanın Ukrayna üçün sursatla bağlı təşəbbüsü ləğv edilə bilər<b style="color:red"></b>

"Çexiyanın Ukraynaya bir milyondan çox artilleriya mərmisi tədarükü təşəbbüsü ölkənin sabiq Baş naziri Andrey Babişin rəhbərlik etdiyi ANO partiyası tərəfindən ciddi tənqid olunub”.

525.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Partiya lideri və sabiq hökumət başçısı bu təşəbbüsün vergi ödəyiciləri üçün çox böyük məbləğə başa gəldiyini deyərək, hakimiyyətə qayıdacağı təqdirdə onu ləğv edəcəyini söyləyib.

Qeyd edək ki, Andrey Babişin partiyası oktyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı sorğularda liderdir.

Baş nazir Petr Fialanın rəhbərlik etdiyi Çexiya hökuməti sursatla bağlı təşəbbüsü müdafiə edib. Xarici işlər naziri Yan Lipavski ötən ay Çexiya səfirləri ilə görüşdə deyib ki, təşəbbüsün dayandırılması Putinə əsl hədiyyə olardı. Bu barədə danışanlar Avropanın təhlükəsizliyi ilə qumar oynayırlar.

Pərvanə Sultanova

 





16.09.2025    çap et  çap et