525.Az

Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək


 

Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək<b style="color:red"></b>

Artan sərnişin tələbatını qarşılamaq üçün “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 20 sentyabrda Bakı–Ağstafa, 21 sentyabrda isə Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

ADY-dən 525.az-a bildirilib ki, Bakı-Qazax-Bakı qatarları ilə, ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.

Hərəkət cədvəli və biletlərlə bağlı məlumatı (www.ady.az) rəsmi saytından, “ADY Mobile” tətbiqindən, dəmiryol kassalarından və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənmək mümkündür.

 





16.09.2025    çap et  çap et