525.Az

Meymun sürüsü polis bölməsinə hücum etdi


 

Meymun sürüsü polis bölməsinə <b style="color:red"> hücum etdi</b>

Tailandda saxlanıldıqları heyvanxanadan qaçan 200-dən çox meymun əməlli-başlı xaosa səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Lopburi şəhərində baş verib.

Qapını açmağa nail olan meymunlar əvvəlcə mağazalara və evlərə hücum çəkiblər. Daha sonra hədəf polis bölməsi olub. Polislər vacib sənədlərin və əmlakın məhvindən ehtiyatlanaraq barrikada qurmalı, meymunları əllərinə düşən əşya ilə qovmağa çalışıblar. Hər halda onları yemək və şirniyyatla sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, bu tip hallarla Tailandda tez-tez rastlaşılır. Ötən ilin noyabrında da makaka sürüsü polis bölməsinə hücum etmişdi.

L.Tağıyeva

 





16.09.2025    çap et  çap et