525.Az

3 rayonun polis rəisi dəyişdirildi


 

3 rayonun polis rəisi dəyişdirildi<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi Bakının üç rayonunun polis rəisinin dəyişdirilməsi barədə yayılan xəbərləri təsdiqləyib.

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) rəisi Muradəli Babayev Xətai RPİ-yə, Xətai rayon RPİ-nin rəisi Əkbər İsmayılov Yasamal rayon RPİ-ə, Yasamal RPİ-nin rəisi İsmayıl Əsədov isə Sabunçu RPİ-ə rəis təyin olunublar. Nərimanov RPİ-yə hələlik rəis təyin olunmayıb.
 
Qeyd edək ki, Sabunçunun polis rəisi Cavanşir Babayev bir neçə gün əvvəl təqaüdə göndərilib.

 





14.01.2015    çap et  çap et