Çelyabinsk vilayətində naməlum şəxslər məscidi yandırmaq istəyiblər.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ötən həftə Çesmensk rayonunun Çesma kəndində baş verib.
Naməlum şəxslər məscidə yanar maddə tökərək od vurublar. Bunu özündə əks etdirən videoçəkilişi isə sosial şəbəkələrdə paylaşıblar. Hər halda məscid ciddi zədə almayıb. Gözətçi yanğınsöndürənlərin gəlişinə kimi alovu söndürə bilib.
Maraqlıdır ki, bu, 2024-cü ilin payızında istifadəyə verilmiş məscidə qarşı ikinci təxribatdır. Avqustun 31-də kimliyi bilinməyən bir neçə nəfər məscidin ərazisinə kəsilmiş donuz başı atmışdılar. Hər iki faktla bağlı rayon hüquq-mühafizə orqanları araşdırma aparır.
Qeyd edək ki, bənzər hadisə həftəsonu Krasnodar vilayətindəki Adıgey məscidində də yaşanıb. Naməlum şəxs məscidin ərazisinə donuz başı ataraq aradan çıxıb və bu, məscidin müşahidə kameralarına düşüb.
L.Tağıyeva
çap et