525.Az

İsrail millisinin oyunundan əldə olunacaq gəlir Qəzzaya göndəriləcək


 

İsrail millisinin oyunundan əldə olunacaq gəlir Qəzzaya göndəriləcək<b style="color:red"></b>

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç - İsrail oyunundan əldə olunacaq gəlir Qəzzaya göndəriləcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveç Futbol Federasiyası məlumat yayıb.

Məlumatda bilet satışından gələn vəsaitin bütünlüklə "Sərhədsiz həkimlər" təşkilatının vasitəsilə Qəzza və ətraf ərazilərdə çalışan həkimlərə veriləcəyi bildirilir.

Qeyd edək ki, Norveç - İsrail matçı oktyabrın 10-da Oslodakı 27 min tamaşaçı tutumuna malik "Ullevol" stadionunda keçiriləcək.

L.Tağıyeva

 





17.09.2025    çap et  çap et