525.Az

Məscidə donuz başı atan şəxs həbs olundu


 

Məscidə donuz başı atan şəxs<b style="color:red"> həbs olundu</b>

Rusiyada məscidə donuz başı atan şəxs müəyyənləşdirilərək həbs edilib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Adıgey Məhkəməsinin mətbuat xidməti sosial şəbəkə hesabında məlumat yayıb.

Saxlanılan şəxsin adı açıqlanmasa da, o, 43 yaşlı Anapa sakinidir. Taxtamukaysk rayon məhkəməsi ona Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açıb və 2 aylıq ilkin həbs qərarı verib.

Xatırladaq ki, hadisə sentyabrın 15-də baş verib. Kozet aulundakı məscidin ərazisinə donuz başı atan şəxs aradan çıxsa da, müşahidə kameraları onun əməlini lentə alıb və kadrlar cinayətkarın qısa zamanda tapılmasına kömək edib.

L.Tağıyeva

 





17.09.2025    çap et  çap et