“Çin hakimiyyəti İsraildən Qəzza zolağında hərbi əməliyyatları dərhal dayandırmağı tələb edir”.
525.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.
O deyib ki, bu əməliyyatlar onsuz da ciddi humanitar böhranın mövcud olduğu Qəzzada vəziyyəti daha da ağırlaşdırır.
"Biz israr edirik ki, İsrail beynəlxalq ictimaiyyətin sərt çağırışlarına qulaq assın və Qəzzada hərbi əməliyyatını dərhal dayandırsın. Daha da ciddi humanitar böhranın qarşısını almaq üçün mümkün qədər tez hərtərəfli və davamlı atəşkəsə nail olunmalıdır”, - rəsmi vurğulayıb.
Pərvanə Sultanova
çap et