525.Az

Tramp Çinə mümkün səfər tarixi açıqlanıb


 

Tramp Çinə mümkün səfər tarixi <b style="color:red"> açıqlanıb</b>

“ABŞ prezidenti Donald Tramp oktyabrın sonu və ya noyabrın əvvəlində Çinə səfər edə bilər”.

525.az xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri mənbələrə istinadən xəbər yayıb.

Qeyd olunub ki, Çin hakimiyyəti sentyabrın əvvəlində Trampa dövlət səfəri üçün dəvət göndərib.

“Bu, səfərə hazırlığın son mərhələdə olması deməkdir. Səfər çox güman ki, oktyabrın 31-dən noyabrın 1-dək Cənubi Koreyada keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) sammiti zamanı baş tutacaq”, - nəşr yazıb.

Pərvanə Sultanova

 





17.09.2025    çap et  çap et