“Çin Sədri Si Cinpin ABŞ lideri Donald Trampın Pekinə gözlənilən səfərindən sonra Birləşmiş Ştatlara cavab səfəri edə bilər”.
525.az xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri mənbələrə istinadən yazıb.
Bundan əvvəl nəşr Tramp oktyabrın sonu - noyabrın əvvəlində Çinə səfər edə biləcəyi barədə məlumat yayıb.
Qeyd olunur ki, bu, ABŞ Prezidentinin son 8 ildə Çinə ilk səfəri olacaq. Amerika lideri sonuncu dəfə Çinə 2017-ci ildə (Trampın ilk prezidentlik dövründə) səfər edib.
Tramp bundan əvvəl sentyabrın 19-da Si Cinpinlə telefonla danışmaq niyyətində olduğunu bildirib.
ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, iki ölkə liderləri Çin sosial şəbəkəsi TikTok-un ABŞ-da sonrakı fəaliyyəti ilə bağlı sövdələşmənin yekun şərtlərini təsdiq edəcəklər.
Pərvanə Sultanova
çap et