Avropa İttifaqı (Aİ) Komissiyası bu gün İsraillə müəyyən ticarət müddəalarının dayandırılmasını təsdiq edəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas İsrailə qarşı yeni sanksiyalar qəbul etməyə hazırlaşdıqlarını açıqlayıb.
"Bu gün Aİ Komissiyası İsrail hökumətinə Qəzza müharibəsi ilə bağlı siyasətini dəyişdirmək üçün təzyiq göstərəcək. Ticarət imtiyazlarının dayandırılması və ekstremist nazirlərə qarşı sanksiyaların tətbiqi Avropa Birliyinin bu müharibəyə son qoyulmasını tələb etdiyini açıq şəkildə göstərəcək”, - deyə Kallas bildirib.
İsgəndər Həsənov
çap et