525.Az

Timsah 15 yaşlı qıza hücum etdi


 

Timsah 15 yaşlı qıza hücum etdi<b style="color:red"></b>

Hindistanın Racastan əyalətində 15 yaşlı qız timsahın hücumuna məruz qalıb.

525.az xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.

Bildirilib ki, Racastan əyalətinin Baran rayonunda polis 15 yaşlı qızın kəndin yaxınlığındakı çayda timsahın hücumuna məruz qaldığını bildirib.

Polisin sözlərinə görə, kənd sakinləri timsah tərəfindən çaya sürüklənən uşağı qayıqla xilas etməyə çalışıblar. Timsah qızı buraxsa da, o, suda batıb.

Sonradan tapılan qızın cəsədi ekspertizadan keçirilib və onun boğularaq öldüyü məlum olub.

İbrahim Cəfərov

 





17.09.2025    çap et  çap et