Tailandda Vuttisan Vonqtay adlı 21 yaşlı kişi sosial şəbəkə hesablarından birində açdığı canlı yayım zamanı 2 yaşlı qızını öldürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan dərhal sonra isə intihar edib.
Gənc ata cinayəti yaşadığı Pxuketa şəhərindəki istifadəsiz otellərin birində edib. Onun həyat yoldaşı ilə aralarında konflikt yaşaması üzündən bu əməli törətdiyi bildirilir. Videogörüntü sosial şəbəkədə 1 günə yaxın qaldıqdan sonra silinib. Həmçinin, başqa platformalarda da yayılıb. Amma moderatorlar qısa zamanda bunun qarşısını alıblar.
Qeyd edək ki, həmyaşıd olan həyat yoldaşı mətbuata açıqlamasında Vuttisanın daha əvvəl zorlama maddəsi ilə həbsdə yatdığını bildirib.
L.Tağıyeva
çap et