525.Az

"Qardaş qələmlər"in yeni sayı


 

"Qardaş qələmlər"in yeni sayı<b style="color:red"></b>

Bugünlərdə "Qardaş qələmlər" dərgisinin 2014-cü il üçün son sayı  işıq üzü görüb. Jurnalın bu sayı Mahmud Kaşqari adına III Beynəlxalq hekayə müsabiqəsinə həsr olunub. Dərginin bu sayında Türkiyədə yarışmanın son mərhələsinə vəsiqə qazanmış türk yazarlarının hekayələri yer alıb. Jurnal Emel Dinsevənin "Süd qardaşım" hekayəsi ilə açılır. Bu hekayəni Məhəmməd Əmin Gürdamurun "Qırıq qələm", Caner Çaylakın "Səmudun nəvələri", Sevim Yakıcının "Peruzə" hekayələri izləyir.

Sözügedən müsabiqənin nəticələri elan olunmazdan əvvəl nəşr olunan "Qardaş qələmlər"də yarışmanın gedişatı, iştirak edən ölkələrdə son mərhələyə təqdim olunan əsərlər və ölkələr üzrə qaliblər haqqında məlumat verilib. Məlumat verilib ki, müsabiqənin yekun nəticələri və qaliblər ilin sonunda Bakıda açıqlacanaq. 

Dərgidə həmçinin 2014-cü ildə yubileyi keçirilən Xakasiya yazarları haqqında geniş məqalə öz əksini tapıb. 

"Qardaş qələmlər"də həmçinin Mərv şəhərinin 2015-ci ilin Türk Dünyasının Mədəniyyət  Paytaxtı seçilməsi, Düsein Kaseinovun 2014-2017-ci illər ərzində TÜRKSOY-a rəhbərlik edəcəyi ilə bağlı informasiyalar da təqdim edilib.

S.ABDULLAYEVA

 





14.01.2015    çap et  çap et