525.Az

"Estoniyanın Rusiya ilə sərhədini bağlamağa heç bir səbəb yoxdur" - Nazir


 

"Estoniyanın Rusiya ilə sərhədini bağlamağa heç bir səbəb yoxdur" -<b style="color:red"> Nazir</b>

"Estoniya hazırda Rusiya ilə sərhədi bağlamaq üçün heç bir əsaslı səbəb görmür".

525.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Taro deyib.

Nazir bildirib ki, sərhəd-keçid məntəqələri normal işləyir və Rusiyadan Estoniyaya miqrasiya əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb:

“Bundan başqa, ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə məhdudlaşdıran tam gömrük nəzarətinin tətbiqi də daxil olmaqla müxtəlif tədbirlər həyata keçirilib. Estoniya humanitar səbəblərə görə sərhədi açıq saxlayıb, insanların yaxın qohumlarını ziyarət etməsinə icazə verib. Lakin təhlükəsizlik vəziyyəti dəyişərsə, sərhəd çox tez bağlana bilər. Əgər nəsə dəyişərsə, bunu çox tez etmək olar".

Qeyd edək ki, müxalif “Vətən” partiyasının fraksiyası Rusiya ilə sərhədin bağlanması ilə bağlı qanun layihəsinin parlamentə təqdim edib. 

Pərvanə Sultanova

 





17.09.2025    çap et  çap et