525.Az

Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcəklər


 

Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcəklər<b style="color:red"></b>

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Gürcüstanda keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər.

525.az xəbər verir ki, yığma üzvləri məşqçilər Elnur Hidayətzadə və Billurə Eminovanın rəhbərliyi ilə Batumidə naş tutacaq "WTT Youth Contender" turnirində mübarizə aparacaqlar.

Təmsilçilərimizdən Sofiya Trofimenko, Mehin Mirzəbalayeva, Xədicə Babazadə, Yasəmən Həbibova, Mehri Aslanzadə, Zərbah Muradov, Vaqif Babayev, Mirilkin Yusubov, Əliəkbər Mirzəliyev və Cəfər Almədədli qalib adı uğrunda yarışacaqlar.

 Sabah start veriləcək yarışa sentyabrın 21-də yekun vurulacaq.

 





17.09.2025    çap et  çap et