525.Az

Mübarək - Oqtay Rza


 

ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 85 illiyinə

Mübarək - <b style="color:red">Oqtay Rza</b>

Səksən beşinci qış qalır arxada,
Gəlir yenə də yaz, Xoşbəxt müəllim!
Tarixə çevrilir ön də, arxa da,
Fədakar, yorulmaz Xoşbəxt müəllim!

Duyğular çağırır şeir yazmağa,
Nəğmə qəhrəmanım - sevimli insan!
...Hər ili bənzətsək möhtəşəm dağa -
Hər yerdən görünən ucalıqdasan.

"Mübarək!" söyləyir el, oba, bölgə,
Uğurlar qazanan müstəqil ölkə;
Teleqram göndərib qarlı Sibirdən
Həmkarın Fərmanın nəvələri də.

Maraqlı mənzərə - iş otağında
Düzülüb qovluqlar, mühüm sənədlər;
Gizli təbəqənin, lay-yatağın da
Neftini, qazını göstərən xətlər.

Tektonik xəritə, atlas, profil...
Sanki güzgüsüdür dərin qatların.
Sayı artırılsın gərək ilbəil
Təzə, toxunulmaz ehtiyatların.

Deyirsən: "Çoxaldaq gücü get-gedə,
Çünki döyüşürük, cəbhə yarırıq;
Gələcək illərə, nəsillərə də
Duru yanacaqdan pay ayırırıq".

...Ata həsrətiylə döyünüb qəlbin.
Yaxşı yadımdadır təhsil çağımız,
Olub tələbəsi ali məktəbin -
Eyni fakültədə oxumağımız.

...Zəng vurub söylədim müxbirlərə mən:
Dəniz buruğuna, yazın kim gəlib.
Sualtı aləmin dilini bilən
Ustad akademik, dost, alim gəlib!

Doxsana yol verək  Xoşbəxt müəllim!
Ey mətin, ey kövrək Xoşbəxt müəllim!
Hər zaman, həmişə gərəksən bizə,
Bayramın mübarək, Xoşbəxt müəllim!

 





14.01.2015    çap et  çap et