525.Az

Kolumbiyada həbsxanada üsyan - 5 ölü, 7 yaralı


 

Kolumbiyada həbsxanada üsyan - <b style="color:red"> 5 ölü, 7 yaralı</b>

Kolumbiyanın Funza şəhərində həbsxanada üsyan olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, iğtişaşlar zamanı 5 məhbus ölüb, 7 nəfər yaralanıb.

Bildirilib ki, bir neçə məhbusun həbsxanada döşək və yataq dəstlərini yandırması iğtişaşlara səbəb olub.

Təhlükəsizlik qüvvələri dərhal hadisəyə reaksiya veriblər. Üsyan yatırıldıqdan sonra 5 nəfərin öldüyü məlum olub. Daha 7 məhbus isə xəstəxanaya yerləşdirilib.

Baş prokurorluq iğtişaşın səbəbləri ilə bağlı araşdırmaya başlayıb. Polis həbsxana ətrafında geniş təhlükəsizlik tədbirləri görüb.

İbrahim Cəfərov

 





18.09.2025    çap et  çap et