525.Az

Paşinyan viza möhürlərindən Ağrı dağının təsvirinin çıxarılmasının səbəbini açıqlayıb


 

Paşinyan viza möhürlərindən Ağrı dağının təsvirinin çıxarılmasının <b style="color:red"> səbəbini açıqlayıb</b>

Ermənistanın Baş naziri Nikol Paşinyan viza möhürlərindən Ağrı dağının təsvirinin çıxarılması qərarına münasibət bildirib.

525.az xəbər verir ki, Paşinyan keçirdiyi brifinqdə bu məsələnin Ermənistan və Türkiyə arasında heç bir danışıqda müzakirə olunmadığını deyib.

"Viza möhürü məsələsi bir neçə ay əvvəl elə bir şəraitdə qaldırılıb ki, Türkiyənin xüsusi nümayəndəsinin səfəri ilə bağlı nə nəzəri imkan, nə də razılaşma var idi. Ümumiyyətlə, belə bir məsələ Ermənistan və Türkiyə arasında danışıqlarda müzakirə olunmayıb və müzakirə oluna bilməz", - Paşinyan qeyd edib.

Baş nazir bunun hökumətin təşəbbüsü olduğunu söyləyib:

“Dövlətin davamlılığını təmin etmək üçün biz özümüz Ermənistanın ərazi bütövlüyünü tanımalıyıq... Biz Ermənistanın məsuliyyətli dövlət olmasını və beynəlxalq qaydalarla yaşamasını istəyirik”.

Qeyd edək ki, Ermənistan hökuməti viza möhürlərindən Ağrıdağ dağının təsvirini silmək qərarına gəlib.

Pərvanə Sultanova

 





18.09.2025    çap et  çap et