ABŞ-nin Pensilvaniya ştatında polisə qarşı silahlı hücum olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, atışma nəticəsində 3 polis əməkdaşı həlak olub, daha ikisi isə ağır yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Pensilvaniya ştatının polis komissarı Kristofer Paris hücum edən şəxsin zərərsizləşdirildiyini açıqlayıb.
Pensilvaniya qubernatoru Coş Şapiro hücumdan sonra hadisə yerinə baş çəkib və ölən polislərin ailələri ilə görüşüb. Şapiro hücumu pisləyərək deyib: "Bu bölgəyə, bu dövlətə və bu ölkəyə xidmət edən üç dəyərli şəxsin həyatını itirməsindən çox kədərlənirik. Bu cür şiddət qəbuledilməzdir. Cəmiyyət olaraq daha yaxşısını etməliyik" dedi.
Qubernatorun əmri ilə həlak olan üç polis məmurunun xatirəsinə ştatdakı bütün bayraqlar yarıya qədər endirilib.
İbrahim Cəfərov
çap et