525.Az

Yaponiya 100 yaş rekordu


 

Yaponiya 100 yaş <b style="color:red"> rekordu</b>

Yaponiyada yaşı 100-dən yuxarı olan insanların sayı ilk dəfə 99 mini keçib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya hökuməti hər il sentyabrın 15-də qeyd olunan “Ahıllara Hörmət Günü” çərçivəsində artan yaşlı əhalinin statistikasını açıqlayıb.

Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına görə, 55 ildir ki, yaşı 100-dən yuxarı olan insanların sayı artmaqdadır. Qadınlar bu qrupun 88 faizini təşkil edir. Ölkənin ən yaşlı qadını 114 yaşlı Kaqava Şiqeko, ən yaşlı kişi isə 111 yaşlı Mizuno Kiyotakadır. Yaponiya hökuməti 1963-cü ildən etibarən müntəzəm olaraq yaşı 100-dən yuxarı olan insanların sayını açıqlayır. Həmin il bu yaş qrupunda cəmi 153 nəfər var idi.

Səhiyyə mütəxəssisləri Yaponiyanın orta ömür uzunluğunun 84,5 il olmasını bir neçə amillə, o cümlədən pəhriz vərdişləri, aktiv həyat tərzi və güclü səhiyyə sistemi ilə əlaqələndirirlər.

İbrahim Cəfərov

 





18.09.2025    çap et  çap et