525.Az

Suriyanın XİN başçısı son 25 ildə ABŞ-a ilk rəsmi səfərini edib


 

Suriyanın XİN başçısı son 25 ildə ABŞ-a ilk <b style="color:red"> rəsmi səfərini edib</b>

Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani ABŞ-a rəsmi səfər edib.

525.az xəbər verir ki, bu barədə Suriyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazir rəhbərlik etdiyi  nümayəndə heyəti ilə rəsmi tarixi səfərlə Vaşinqtona gəlib. Bu, Suriya xarici işlər nazirinin son 25 ildə ilk səfəridir.

Suriya mediası daha əvvəl məlumat verib ki, əş-Şibaninin ABŞ administrasiyası ilə müzakirə etmək niyyətində olduğu əsas mövzulardan biri Suriyanın keçmiş prezidenti Bəşər Əsəd dövründə Vaşinqtonun tətbiq etdiyi və hazırda qüvvədə olan sanksiyaların aradan qaldırılmasıdır.

Pərvanə Sultanova

 





18.09.2025    çap et  çap et