“İsrail və Suriya 2025-ci ilin sonuna qədər bir sıra hərbi sazişlər imzalayacaq”.
525.az xəbər verir ki, bu barədə “Agence France-Presse (AFP) Suriya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
"İsraillə danışıqlarda irəliləyiş müşahidə olunur. İlin sonuna kimi bir sıra razılaşmalar əldə olunacaq, onlar ilk növbədə hərbi və təhlükəsizlik sahəsini əhatə edəcək”, - mənbə bildirib.
Qeyd edək ki, bundan əvvəl Suriya prezidenti Əhməd əl-Şaraa bildirib ki, Suriya və İsrail arasında təhlükəsizlik paktı üzrə danışıqlar yaxın günlərdə nəticə verə bilər. Bunun ardınca başqa razılaşmaların da əldə olunması mümkündür.
Pərvanə Sultanova
çap et