525.Az

Dəniz istəyirəm - (şeir)


 

Dəniz istəyirəm - <b style="color:red">(şeir)</b>

Mən bir dəniz istəyirəm,
Ruhumda və düşüncəmdə
Fırtına, tufan qoparsın.
Qəlbimdəki dərdi, qəmi.
Silsin, yuyub tez aparsın...
Mən bir dəniz istəyirəm.
Səma kimi, göylər kimi..
Mən bir dəniz istəyirəm.
Bir çay olub axım ora,
Doğularaq göy üzündə
Günəş kimi baxım ona...
Mən bir dəniz istəyirəm,
Təlatümlü, coşqun dəniz,
Darıxanda aşıb-daşsın
Könlüm  mənim, könlüm mənim...
Dalğasına, eh, qovuşsun,
Səsim mənim, ünüm mənim.
Mən bir dəniz istəyirəm,
Sükuta o, qənim olsun,
Mən bir dəniz istəyirəm,
Sinəmdəki ürəyimtək
Həmişəlik mənim olsun.

Mina FƏTƏLİYEVA

 





14.01.2015    çap et  çap et