525.Az

Kahramanmaraşda ağır yol qəzası - 3 nəfər ölüb


 

Kahramanmaraşda ağır yol qəzası - <b style="color:red"> 3 nəfər ölüb</b>

Türkiyənin Kahramanmaraş şəhərində ağır yol qəzası baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afşin rayonunda yük maşını ilə avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.

Qəza axşam saatlarında Kürtre məhəlləsində baş verib. Yük maşını qarşı tərəfdən gələn minik avtomobili ilə üzbəüz toqquşub. Hadisə yerinə dərhal tibbi, yanğınsöndürən və jandarma qrupları göndərilib. Həkim qrupları tərəfindən aparılan müayinədən sonra sürücü, həmçinin avtomobildə olan iki sərnişinin öldüyü müəyyən edilib. Meyitlər yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq hadisə yerində müayinə olunduqdan sonra Məhkəmə Tibb İnstitutunun morquna aparılıb.

Yük maşınının sürücüsü saxlanılıb, qəza ilə bağlı istintaq başladılıb.

İsgəndər Həsənov

 





18.09.2025    çap et  çap et