525.Az

İlham Əliyev Türkiyədə səfərdədir


 

İlham Əliyev Türkiyədə səfərdədir<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya dövlət səfəri başlayıb.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, dövlət başçısını Türkiyənin ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
 
Qeyd edək ki, yanvarın 15-də Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası keçiriləcək.
 
Səfər çərçivəsində keçiriləcək görüşlərdə Şuranın toplantısı çərçvəsində birgə fəaliyyətlər, iki ölkə arasında əlaqələr və əməkdaşlığın inkişafı müzakirə olunacaq.
 
Görüşdə iki ölkəni maraqlandıran regional və beynəlxalq vəziyyətlə bağlı da fikir mübadiləsi aparılacaq.

 





14.01.2015    çap et  çap et