525.Az

Polis yük maşınının qoşqusunda 17 qeyri-qanuni mühacir aşkarladı


 

Polis yük maşınının qoşqusunda 17 qeyri-qanuni <b style="color:red"> mühacir aşkarladı</b>

Türkiyənin Amasya şəhərində polis yol kənarında yoxlama apararkən yük maşınının qoşqusunda 17 şəxsin gizləndiyini aşkarlayıb.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırma zamanı həmin şəxslərin 18-30 yaş arasında qeyri-qanuni mühacirlər – Əfqanıstan vətəndaşları olduğu müəyyənləşib.

Barmaq izi alındıqdan sonra qeyri-qanuni mühacirlər deportasiya olunmaq üçün miqrasiya idarəsinə təhvil verilib.

Sürücü Z.A. nəzarətə götürülüb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

İsgəndər Həsənov

 





18.09.2025    çap et  çap et