525.Az

"Benfika"da 2-ci Mourinyo dönəmi


 

"Benfika"da 2-ci Mourinyo dönəmi <b style="color:red"></b>

Portuqaliyalı məşqçi Joze Maurinyo "Benfika"ya baş məşqçi təyin olunub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Onunla 2026/27-ci illə mövsümünün sonunadək müqavilə bağlanılıb. 

Maraqlıdır ki, buna qədər "Fənərbaxça"nı çalışdıran Mourinyo məhz komandasının Çempionlar Liqasının "play-off" mərhələsində "Benfika"ya ələnməsindən sonra (0:0, 0:1) istefaya göndərilmişdi.

Qeyd edək ki, "Benfika"nın Mourinyodan əvvəlki baş məşqçisi Bruno Laje "Qarabağ"a məğlubiyyətdən sonra işindən olmuşdu.

Yeri gəlmişkən, Don Jozenin baş məşqçi kimi fəaliyyətinə 2000-ci ildə "Benfika"da başlayıb.

L.Tağıyeva

 





18.09.2025    çap et  çap et