525.Az

Bütün Misir bu zinət əşyasını axtarır 


 

Bütün Misir bu zinət əşyasını axtarır <b style="color:red"></b>

Misir hakimiyyəti Misir fironlarına məxsus 3 min yaşı olan qolbağın tapılması üçün ümummilli axtarış qərarı verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qolbaq Qahirədəki Misir Muzeyindən yoxa çıxıb.

Ölkənin Mədəniyyət nazirliyi qolbağın fotosunu yayıb. Hava limanlarında, portallarda, qurudakı sərhəd-keçid məntəqələrində ciddi axtarışlara başlanılıb.

Qeyd edək ki, qolbağın oğurlanması 170 min artefaktın saxlandığı muzeydəki növbəti inventarizasiya zamanı aşkar olunub.

L.Tağıyeva

 





18.09.2025    çap et  çap et