525.Az

İndoneziyada güclü zəlzələ


 

İndoneziyada güclü zəlzələ<b style="color:red"></b>

Dünən Bakı vaxtı ilə 22:19-da  İndoneziyada 6,1 bal gücündə güclü zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin episentri 125 min əhalisi olan Soronq şəhərinin yaxınlığında, ocağı 10 km dərinlikdə yerləşib.

Qeyd edək ki, dağıntı və insan itkisi barədə məlumat yoxdur.

L.Tağıyeva

 





19.09.2025    çap et  çap et