525.Az

Fransada etiraz aksiyalarında saxlanılanların sayı 300-ü keçdi


 

Fransada etiraz aksiyalarında saxlanılanların sayı <b style="color:red"> 300-ü keçdi</b>

Fransada bir neçə gündür davam edən etiraz aksiyalarında 309 nəfər saxlanılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Bruno Retayo yerli telekanallardan birinə açıqlaması zamanı bildirib.

Nazirin sözlərinə görə, 7 mindən çox radikal düşüncəli insan da nümayişlərdə qatılıb ki, onların Fransanı "blokadaya salmaq" istəyi baş tutmayıb.

Xatırladaq ki, 2026-cı ilin dövlət büdcəsində mümkün dəyişikliklərə qarşı bir neçə gündür davam edən etiraz aksiyalarında iştirak edənlərin sayı milyonu keçib.

L.Tağıyeva

 





19.09.2025    çap et  çap et